Dünya futbolu
Əzizov oynamadı, komandası uduzdu
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 36-c?…
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 36-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Fortuna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Əzizov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Den Boş" hazırda 44 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)