Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, UEFA “Arsenal”la “Atletiko” arasındakı oyunu Kleman Türpenə, Marsel “Olimpik” ilə “Zalsburq”un görüşünü isə Uilyam Kollama həvalə edib.

Avropa Liqası
Yarımfinalın ilk oyunları

26 aprel

23:05. “Arsenal” – "Atletiko" (Madrid)
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrinqor, Xişam Zakranı.
Köməkçi hakimlər: Rüddi Büke, Nikolya Renviy (hamısı Fransa).

23:05. "Olimpik" (Marsel) – "Zalsburq"
Hakimlər: Uilyam Kollam, Devd Makqiçi, Frensis Konnor, Duqlas Potter.
Köməkçi hakimlər: Bobbi Medden, Con Biton (hamısı Şotlandiya).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp