Almaniya Futbol İttifaqı 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi üçün namizədliyini rəsmən irəli sürüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel UEFA-nın mənzil-qərargahında bütün lazımi sənədləri qitə futbol qurumunun birinci katibi Teodor Teodoridisə təqdim edib.

Qeyd edək ki, Almaniya AÇ-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlamışdı.

AÇ-2024-ə digər namizəd isə qonşu Türkiyədi. Türkiyə Futbol Federasiyası da aprelin 24-də bütün lazım olan sənədləri UEFA-ya təqdim edəcək. Qitə futbol qurumunun sonda sözügedən Avropa çempionatını hansı ölkəyə verəcəyi isə qarşıdakı aylarda bəlli olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp