Dünya futbolu
Almeydalı “Astana” 3 xalı 3 qolla qazandı
Futbol üzrə Qazaxıstan çempionatında 28-ci turun oyunla…
Futbol üzrə Qazaxıstan çempionatında 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Jetısu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Almeyda da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
"Astana" hazırda 67 xalla 12 iştirakçı arasında vahid liderdi.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-13 08:15
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-12 08:00
Eyforiyaya qapılmadan
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq