İngiltərənin “Tottenhem” klubu Premyer Liqanın 18-ci turunda səfərdə “Everton”u 6:2 hesabıyla məğlub edib.

Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada iki qol vuran Harri Keyn, İngiltərə millisinin sabiq üzvü Maykl Ouenin rekordunu təzələyib. 

Belə ki, Keyn “Tottenhem” formasıyla “Everton”a qarşı keçirdikləri son 4 oyunda ən az iki dəfə Mersisayd təmsilçisinin qapısına yol tapıb. O, bununla da, bir kluba qarşı keçirilən ardıcıl 4 oyunda 2 və daha çox qol vuran ikinci futbolçu olub.

Keyndən əvvəl Ouen “Liverpul” formasıyla “Nyukasl”la qarşılaşdıqları ardıcıl 4 oyunda da ən az 2 top vurmuşdu.

Shares: