Almaniyanın “Proyssen” klubunun futbolçusu Rüfət Dadaşov 3-cü Bundesliqanın 20-ci turu çərçivəsində doğma meydanda Köln “Fortuna”sına uduzduqları oyundan (0:2) sonra yerli mətbuata açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 90 dəqiqə meydanda olan Azərbaycan millisinin 27 yaşlı forvardı qış fasiləsinə qədərki çıxışlarını qiymətləndirib:

“Bayram ab-havasında deyiləm. Qış fasiləsinə məğlub kimi yollanırıq. Artıq oyanmaq vaxtıdı. Çox zəif çıxış etdik. Meydanda sərgilənən oyun qəbuledilən deyil. Heç bir ehtiras hiss olunmur. Belə vəziyyətdə qələbə qazanmaq olmaz. Uzun bir mərhələni geridə qoyduq. Bir neçə məğlubiyyətimiz oldu. Bu səbəbdən çıxışı yüksək qiymətləndirə bilmərəm. Bəlkə bəxtimiz də gətirmədi. Çünki hər xırda səhvdən sonra cəzalanırdıq".

Qeyd edək ki, son 4 oyunda uduzan "Proyssen" turnir cədvəlinin 7-ci pilləsinə düşüb.

Shares: