Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Mirabdulla Abbasov “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğuda 2018-ci ilin ən yaxşı oyunçusu seçilib. 

Futbolinfo.az xəbər verir ki, ötən gün yekunlaşan sorğuda paytaxt klubunun futbolçusu 228 xalla bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri millimizin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev tutub – 207 xal. İlk üçlüyü isə Medvedevin komanda yoldaşı Qara Qarayev tutub – 148 xal.

Sorğuda 170 respondent iştirak edib. Onların arasında Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, futbol funksionerləri, veteranlar, hakimlər və jurnalistlər yer alıblar. Respondentlər 10 namizəd arasından 3 ən yaxşı futbolçunu seçməli olublar. 

Abbasov geridə qalan il ərzində “Neftçi”nin heyətində Premyer Liqa çərçivəsində 10 qola imza atıb. 23 yaşlı futbolçu bu ilin noyabr ayında Azərbaycan yığmasında debüt matçına çıxıb.

Səsvermənin bütün nəticələri:

1. Mirabdulla Abbasov (228 bal)
2. Maksim Medvedev (207)
3. Qara Qarayev (148)
4. Mahir Mədətov (99)
5. Təmkin Xəlilzadə (80)
6. Emin Mahmudov (67)
7. Riçard Almeyda (58)
8. Araz Abdullayev (45)
9. Kamran Ağayev (35)
10. Ruslan Qurbanov (3).

Shares: