Ölkə futbolu
“Səbail” legioner qapıçı aldı
“Səbail” növbəti transferini açıqlayıb.
…
“Səbail” növbəti transferini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ukraynalı qapıçı Aleksandr Rıbkanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla cari mövsümün sonundək müqavilə imzalanıb.
Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Dinamo-2”, “Dinamo-3”, “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afyet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub. 4 dəfə Ukrayna çempionu, 4 dəfə Ukrayna Kubokunun, 1 dəfə Ukrayna Superkubokunun qalibi olan Rıbka 2011-ci ildə ölkəsində “ən yaxşı qapıçı” mükafatına layiq görülüb.
Emil Balayevin Qazaxıstan klubuna satan "dənizçilər" 3 illik tarixində ilk dəfə əcnəbi qapıçı heyətinə cəlb edib.
Qeyd edək ki, "Səbail" qış fasiləsində bunadək yalnız "Sabah"dan müdafiəçi Elvin Yunuszadəni transfer etmişdi.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı