Dünya futbolu
Salanın forma nömrəsi əbədiləşdiriləcək
Fransanın “Nant” klubu mərhum futbolçusu Emiliano…
Fransanın “Nant” klubu mərhum futbolçusu Emiliano Salanın forma nömrəsini əbədiləşdirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Valdemar Kita klubun saytına açıqlamasında deyib:
“Mənim sözüm yoxdur, bu, əsl faciədir. Sala bu klubda öz izini qoyub getdi. Mən də azarkeşlər kimi, onun 9 nömrəli formasını əbədiləşdirəcəm”.
Sala “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. İki gün öncə isə Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.