Dünya futbolu
Argentinalı futbolçu La Liqa klubunda – RƏSMİ
İspaniyanın “Valensiya” klubu heyətini yeni futbol&cced…
İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi argentinalı qolkiper Xoakin Blaskesi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı qapıçı 1,6 il icarə əsasında “Valensiya”da çıxış edəcək.
“Valensiya” Argentinanın “Talleres” klubundan icarəyə götürdüyü qapıçının müqaviləsinin müddəti bitdikdən sonra onun transfer hüquqlarına sahib ola bilər.
“Talleres” klubuyla 2022-ci ilə qədər sözləşməsi olan Blaskes, Cənubi Amerika futbolunun ən yaxşı gənc qolkiperlərindən biri kimi göstərilir.