Premyer-liqa
Qurban Qurbanov: “Hesab bizi aldatmamalıdı”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azər…
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 6:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
– Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün çox istəkli idilər. İlk hissə çox çətin alındı, qapımızda qol epizodları oldu. Bu hesab bizi aldatmamalıdı. Qarşıda vacib oyunlarımız var.
– Sona 6 tur qalıb. Komanda çempionluğa hazırdımı?
– Problemlər həmişə var. Dəfələrlə demişəm, hər oyun bizim üçün ağır olur. Belə oyunlar il ərzində 1, ya da 2 dəfə olub. Futbolçularımın hamısı təcrübəlidi. Onlar çempionluğa istəklidi. Amma bu, futboldu. Həmişə istədiyiniz kimi olmur. Qismətimizdə varsa, çempion olacağıq. İki tərəfdən biri qalıb gəlməlidi.
– Çempionluq üçün ölkə kubokunu qurban vermək ağlınızdan keçirmi?
– Belə bir düşüncəmiz yoxdu. Şansımız varsa, ikisini də qazanmaq istəyirik. (komanda.az)
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı