Bizi izləyin

Ölkə futbolu

“AFFA-nın nəzarətində olmayan Premyer Liqa təmsilçilərindən dəvət alacaq”

Tanınmış jurnalist, bir müddət "Kəpəz”in icra&cc…

blank
Tanınmış jurnalist, bir müddət "Kəpəz”in icraçı direktoru kimi çalışan Elnur Camalxanov millinin sabiq inzibatçısı İslam Abbasov barədə fikirlərini bölüşüb. Sosial şəbəkədəki profilindən ürəyini boşaldan Camalxanov İslam Abbasova qarşı haqsızlıq edildiyini düşünür.
 
Geniş publika üçün maraqlı olacağını nəzərə alaraq, həmin statusu sizə təqdim edirik: "Bu dəfə idmandan yazacam. Ozü də futboldan. Gülməli də olsa… Daha doğrusu, futbolla əlaqəli bir şəxsdən.
 
Bu nə müdafiə xarakteri daşıyır, nə də hücum. Heç vəkillik etmək fikrim yoxdur. Haqqında yazacağım şəxs nə qohumum deyil, nə də uzun illərin dostu, yoldaşı. Cəmi bir ildir tanıyıram. Bəlkə də bir az artıq. Ümumiyyətlə, futbolla ilgili şəxslərin bir çoxu ilə şəxsi tanışlığım elə bu müddətdə baş verib. "Kəpəz” Futbol Klubuna icraçı direktor təyin olunduqdan sonra. O cümlədən də vaxtilə milli komandanın Baş inzibatçısı və mənimlə eyni vaxtda "Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri işləmiş İslam Abbasovla. Nə tərif edəcəm, nə də pisləyəcəm. Tam səmimi düşüncələrimi yazacam.
 
Bəlkə də soruşacaqsız – NİYƏ? Səbəbini deyim… Son dövrlər bəzi mətbu orqanlarda bu şəxs haqqında neqativ yazıların şahidi oldum. Yazanlar isə həyatda bircə dəfə də olsun Abbasovla üz-üzə gəlməyib, onunla təmasda olmayan, elə tanımadıqlarına görə də mövzularında haqsızlıqlara yol verən jurnalist dostlarımızdır. Bir növ onları qınamıram. Çünki məlumatsızlıq onları "eşitdiyimizə görə”, "deyilənlərə görə”, "etibarlı mənbələrə görə” kimi ümumiləşdirlmiş, qeyri-peşəkar istinadlara söykənməyə məcbur edir. Hansı ki, peşəkar jurnalist belə istinadlardan kənar durmalıdır. Durmadıqda isə kiminsə haqqının tapdandığının fərqində olmurlar.
 
Haqsızlıq edənlə onu görüb göz yuman da eyni günahın sahibi olduğunu hamınız yaxşı bilirsiz. Düzü, bu prinsipin ozünü qorumaq da hədsiz çətin bir məsələdir. Bəlkə də mənim də göz yumduğum məsələlər olub, unutmuşam. İndi isə nə qədər ki, unutmamışam, bir-iki qeydlərimi çatdırım. Heç bir şişirtmə olmadan. Onunla tanışlığımız AFFA-dan başladı. İlk söhbətimiz də çox yaxşı alındı. Qısa vaxtda yol yoldaşı olduq. Və bu yoldaşlıq peşəkar fəaliyyətimizlə əlaqədar daha da intensivləşməyə başladı. Bu müddət ərzində onun işinə nə qədər peşəkar və məsuliyyətlə yanaşan bir mütəxəssis olduğunu gördüm. Düşüncə tərzi, intellekti, qayğıkeşliyi, təəssübkeşliyi və ciddiliyi diqqətimdən yayınmadı. Hətta dəfələrlə olub ki, dost-tanış, o zamankı rəhbərim və keçmiş jurnalist həmkarlarım arasında da belə bir fikir səsləndirmişəm: AFFA da İslam qədər işinə peşəkar, məsuliyyətli və ürəkdən yanaşan (bir-iki nəfər də daxil olmaqla) başqa bir adam görmədim.
 
Hətta son oyunda yaşanan biabırçılıq da peşəkarın öz yerində olmamasından irəli gəlirdi. Yəqin ki, bu faktı danmayacaqsız. Bu gün forma qalmaqalında adı hallandırılan bu şəxs, yəni İslam Abbasov Müşahidə Şurasının sədri kimi özünə çatacaq (rəhbər və bütün komanda üzvlərinə verilir) forma dəstindən belə imtina edirdi. Aylarla əməkhaqqı almayan klub əməkdaşlarının haqqını qorumaqdan ötrü mübarizə aparırdı. Dəfələrlə müəyyən işləri tez bir zamanda həll etmək, komandanı yarışlara ezam etmək üçün ya öz şəxsi vəsaitindən, ya da dostlarının köməyindən istifadə etdiyinin şahidi olmuşam. Sizcə beləmi olmalıydı? Təbii ki, xeyir. Hətta bir neçə dəfə söhbət əsnasında çox yorulduğunu və işdən gedəcəyini də açıqlamışdı.
 
Düşünürəm elə bu səbəbdən də gedib, bəzilərinin dediyi kimi QOVULMAYIB. Heç şübhə etmirəm ki, bu cür mütəxəssis işsiz qalmayacaq. Ən azından AFFA-nın nəzarətində olmayan Premyer Liqa təmsilçilərindən tezliklə dəvət alacaq. Çox xüsusiyyətlərin saya bilərəm. Amma oxumağa vaxtınız olmayacaq. Olsa da bəlkə də inanmayacaqsız. Amma bütün bunların şahidi olan bir şəxs kimi bildirmək istəyirəm ki, o cür xarakterin sahibi heç vaxt kiminləsə əlbir olub forma alverinə qol qoymaz, əziz həmkarlar. Düzdür, futbol oyundur. Amma yaşıl meydanda. Siyası meydanda (bəzi fürsətçilər üçün) olan futbola isə qoşulmasaq daha yaxşı olar. Qoşulsanız da ədalət tərəzinizi özünüzlə götürməyi unutmayın….”
 
Camalxanovun başlığa çıxardığımız cümləsi onun kimlərin bostanına daş atdığını, kimdən narazı olduğunu aşkar göstərir. Əlavə şərhə ehtiyac yoxdu – hamı Azərbaycan futbolunu kimin məhv etdiyini gözəl bilir. Amma işləyəndə danışmırlar, ofsayda düşən kimi səsləri çıxır. Halbuki dünənə kimi baş katib Elxan Məmmədova çəpik çalanlardan biri də elə Elnur bəy idi…
Reklam

Reklam


blank
Ölkə futbolu2024-07-13 21:21

“Zirə” – “Şerif” oyununun biletləri satışa çıxarılrır

blank
Ölkə futbolu2024-07-13 21:00

“Neftçi” qələbə ilə başladı

blank
Ölkə futbolu2024-07-13 20:42

“Kəpəz” malili hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2024-07-13 20:29

“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

blank
Digər idman növləri2024-07-13 20:04

Millimiz finala yüksəldi

blank
Dünya futbolu2024-07-13 19:40

“Beşiktaş”da italiyalı hücumçu

blank
Dünya futbolu2024-07-13 19:20

Fransa millisinin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

blank
Digər idman növləri2024-07-13 19:00

MBA tarixinin ən böyük güzəşti

blank
Ölkə futbolu2024-07-13 18:41

“Sumqayıt”ın rəqibi yoxlama görüşündə qələbə qazandı

blank
Digər idman növləri2024-07-13 18:20

AÇ: Millimizdən növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-07-13 18:00

“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç

blank
AÇ-20242024-07-13 17:38

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

blank
Digər idman növləri2024-07-13 17:19

Lebronun oğlu ilk oyunda cəmi 8 xal topladı

blank
Dünya futbolu2024-07-13 17:00

“Roma”dan yeni transfer

blank
Digər idman növləri2024-07-13 16:46

Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı

blank
Dünya futbolu2024-07-13 16:30

“Mançester Siti” hücumçusunu satdı

blank
Ölkə futbolu2024-07-13 16:11

“Sumqayıt”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-13 15:49

“Çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-13 15:12

“Kəpəz” hazırlığın növbəti mərhələsinə start verib

blank
Dünya futbolu2024-07-13 14:44

“Napoli”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-13 14:15

“İnter”də ilk iranlı hücumçu

blank
Digər idman növləri2024-07-13 13:46

Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar

blank
Dünya futbolu2024-07-13 13:17

Fransalı sabiq futbolçuya 12 aylıq şərti həbs cəzası

blank
Ölkə futbolu2024-07-13 12:48

“Səbail” Türkiyə klubuna qarşı

blank
Ölkə futbolu2024-07-13 12:19

“Sabah”ın Sloveniyada üçüncü sınağı

blank
Digər idman növləri2024-07-13 11:51

AÇ: Yığmalarımız yarımfinal görüşlərinə çıxacaq

blank
Ölkə futbolu2024-07-13 11:26

“Neftçi” Super Liqa klubu ilə üz-üzə

blank
Digər idman növləri2024-07-13 11:00

Millimiz AÇ-də növbəti sınağına çıxacaq

blank
Ölkə futbolu2024-07-13 10:39

“Kəpəz”də yeni müqavilə

blank
Digər idman növləri2024-07-13 10:17

Karate yarışları Gəncədə keçiriləcək – MDB oyunlarında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm