Premyer-liqa
“Qarabağ”a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”
“Keşlə”nin futbolçusu Con Kamara Premyer Liqanın…
“Keşlə”nin futbolçusu Con Kamara Premyer Liqanın 24-cü turunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi öncə matçla bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün yaxşı oynadığımızı düşünürəm. Xüsusilə ilk hissədə üstün idik. Kifayət qədər şans əldə etdik, amma yararlana bilmədik.
– Oyunda geridönüş etmək üçün sizdə nə çatmadı?
– İlk qoldan sonra 2-ci qolu vurmaq üçün 20 dəqiqəmiz var idi. Çalışdıq, epizodlar yaratdıq, amma topu tora daxil edə bilmədik və məğlub olduq.
– “Keşlə” hazırda sonuncu yerdədir, mövsümün bitməsinə isə 4 tur qalıb. Sizcə, sonuncu pillədən qurtulmaq üçün nə etməlisiniz?
– Bu, futboldur, hər şey mümkündü. Biz növbəti 4 oyunda əlimizdən gələni edəcəyik ki, son pillədən qurtulaq.
– Növbəti turda çempionluq üçün mübarizə aparan “Qarabağ” ilə oynuyacaqsız. Bu barədə nə deyə bilərsiniz? “Qarabağ”a qalib gəlmək mümkündürmü?
– Dediyim kimi, futbolda hər şey mümkündü. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik.
– “Keşlə” çempionatı sonuncu pillədə bitirsə, növbəti mövsüm komandada qalacaqsınızmı, yoxsa başqa komandalardan gələn təklifləri dəyərləndirəcəksiz?
– “Keşlə” ilə müqaviləm davam edir, bu barədə heç nə deyə bilmərəm.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı