Ölkə futbolu
Mirabdulla Abbasov: “Sonda azarkeşlərimizi sevindirəcəyimizə inanıram”
"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov…
"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Premyer Liqanın 24-cü turu çərçivəsində qarşılaşdıqları “Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan oyunda ilk qolun müəllifi olan futbolçu komandasının çempionluq uğrunda mübarizədə azarkeşləri sevindirəcəyinə inandığını deyib:
“Əfsuslar olsun ki, qalib gələ bilmədik. Qələbə qazanmaq üçün çox çalışdıq, amma təəssüf ki, alınmadı. Artıq növbəti matça köklənməliyik, qarşıdakı oyunları düşünməliyik. Çempionluq uğrunda mübarizədə azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)