“Keşlə” daha bir futbolçu ilə rəsmən anlaşıb. “Sumqayıt”dan qapıçı Rəşad Əzizlini gətirən bakılıların digər oyunçusu müdafiəçidi.
 
Emin Mehdiyevi hələ qışda sıralarına qatmaq istəyən bakılılar sonradan problemlə üzləşmişdi. Mövsüm ərzində artıq 2 klubda oynamış cinah oyunçusunun transferi alınmamışdı. Türkiyədə BAL liqasında çıxış edənə kimi I divizionda “Qaradağ Lökbatan” forması geymiş Emini transfer etmək mümkün olmamışdı.
 
Məcburiyyətdən “Qaradağ Lökbatan”a qayıdaraq mövsümü bitirən Emin yenidən “Keşlə”dədi. Baş məşqçi Tərlan Əhmədov sərəncamında görmək istədiyi Mehdiyevi birillik müqaviləyə razı salıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp