“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Bakıdakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Zirə”yə qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 5:3 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirdik. Komanda gündə iki dəfə məşq edir. Fiziki yüklənmədən sonra futbolçuları oyunda yoxlamaq istəyirdik. Hər hissədə fərqli heyətlərə şans verdik. Taktiki-texniki cəhətdən futbolçulardan heç bir tələbimiz yox idi. Əsas olan hərəkətlilik idi. Məncə, futbolçular fiziki yüklənməyə rəğmən, normal təsir bağışladılar. Sevindiricidi ki, əvvəlkindən fərqli olaraq, qol fürsətlərini dəyərləndirə bildik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp