Premyer-liqa
“Qələbə qolumuz feyr-pley qaydalarına zidd vurulmayıb”
“Neftçi”nin yarımmüdafiəçisi Soni Mus…
“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, haitili futbolçu qazandıqları 2:1 hesablı qələbənin psixoloji baxımdan çox əhəmiyyətli olduğunu bildirib:
"Bütün komandanı təbrik edirəm. Son dəqiqəyə qədər vuruşduq. Artıq neçənci oyundu ki, yaratdığımız qol vəziyyətlərindən yaxşı istifadə edə bilmirik. Psixoloji baxımdan çox əhəmiyyətli qələbə idi. Hər kəs hakimin işini gördü. Bununla bağlı danışmaq istəmirəm. Qələbə qolumuza gəlincə, feyr-pley qaydalarına zidd vurulmayıb. Çünki həm "Sumqayıt”ın futbolçusu top çıxmazdan əvvəl ayağa qalxıb oyuna davam etmişdi, həm də həkimlərdən heç kim meydana daxil olmamışdı. "Sumqayıt”ın futbolçusuna hər hansı tibbi yardım göstərilsəydi, təbii ki, biz topu rəqibə qaytarmalıydıq. Amma qol epizodunda belə hal yox idi”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…