Dünya futbolu
İkardinin yeni klubu rəsmən açıqlandı
Bu yay adı müxtəlif klublarla birgə çəkilən İtaliya …
Bu yay adı müxtəlif klublarla birgə çəkilən İtaliya “İnter”inin hücumçusu Mauro İkardinin yeni iş yeri rəsmən bəlli olub.
Futbolinfo.az xəbər verir ki, argentinalı forvard bundan sonra Fransa çempionu PSJ-nin uğurları üçün çalışacaq.
Paris təmsilçisi 26 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Amma Milan təmsilçisi futbolçusunu icarəyə göndərməzdən öncə onunla müqavilənin müddətini 2022-ci ilə qədər uzadıb.
İkardi yeni komandasında 18 nömrəli formanı geyinəcək. PSJ mövsümün sonunda İkardinin transfer hüququnu almaq istəsə, 65+5 milyon avrosundan keçməlidi.
Argentinalı hücumçu 2013-cü ildən “İnter”də forma geyinir. O, daha öncə “Sampdoriya”nın da uğurları üçün çalışıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)