Milli komanda
Millimiz Uelsə çatdı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəs…
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olacaq Azərbaycan milli komandası Kardiffə çatıb.
Futbolinfo.az xəbər verir ki, Nikola Yurçeviçin yetirmələrini Böyük Britaniyaya aparan təyyarə təxminən 6 saatlıq uçuşdan sonra Uelsin paytaxtına enib.
"Hilton" otelində məskunlaşan yığmamızın sentyabrın 5-də son məşqi və mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Uels – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)