Milli komanda
“Yıxıldıq və Azərbaycan layiq olduğu qolu vurdu”
“Azərbaycanla heç-heçədən sonra Macarıstan &uu…
“Azərbaycanla heç-heçədən sonra Macarıstan üzərində qələbə artıq daha önəmlidi. Macarlara qarşı Splitdə möhtəşəm azarkeş dəstəyi gözləyirəm".
Futbolinfo.az xəbər verir ki, bunu Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren deyib.
Son dünya ikincisi Avropa çempionatının seçmə mərhələsində "Bakcell Arena"da qonağı olduğu Azərbaycan millisi ilə qollu bərabərə qalıb – 1:1. Yerli mətbuata açıqlama verən Lovren bu nəticədən sonra Macarıstanla oktyabrın 10-da keçiriləcək görüşün önəminin daha böyük olduğunu vurğulayıb.
"Liverpul"un 30 yaşlı mərkəz müdafiəçisi Bakıdakı nəticəyə görə, məsuliyyəti futbolçuların daşıdığını bildirib: "İlk 20 dəqiqəni yaxşı keçirdik. Slovakiya ilə oyundakı qədər qol imkanlarımız oldu, ancaq reallaşdıra bilmədik. Bundan sonra yıxıldıq və rəqib layiqli olduğu bərabərlik qolunu vurdu. Birinci hissənin ilk 20 dəqiqəsindəki performansı fasilədən sonra göstərə bilmədik. Halbuki fasilədə başqa cür oynamaq sözü vermişdik. Amma bunu bacarmadıq. Səbəbini bilmirəm. Buna görə özümüz günahkarıq. Əlbəttə ki, nəticədən məmnun qala bilmərik. Lakin hələ də hər şey öz əlimizdədi". (matc.az)
Qeyd edək ki, Xorvatiya 10 xalla E qrupuna liderlik edir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı