Portuqaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Litva yığmasını məğlub edib – 5:1.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Potuqaliya millisinin üzvü Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Litva ilə oyunda 4 qol vuraraq, poker edən Ronaldo, Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 25-ə çatdırıb. Portuqaliyalı hücumçu bununla da, AÇ-nin seçmə mərhələlərində ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Ronaldodan əvvəlki rekord İrlandiya millisinin sabiq üzvü Robbi Kinə aid idi. Keçmiş forvard AÇ-nin seçmə mərhələlərində 23 qol vurmuşdu.

Shares: