Futbol üzrə Kipr Superkuboku uğrunda oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL ilə Limassol AEL-i üz-üzə gəlib.
Sözügedən komanda Limassol AEL-i ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 1:0. Qarşılaşmada yeganə qolu 26-cı dəqiqədə Merkis vurub.
Bununla da APOEL tarixində 14-cü dəfə Kipr Superkubokunun qalibi olub.
“Qarabağ”ın APOEL-lə ilk oyunu oktyabrın 24-də Bakıda, cavab görüşü isə noyabrın 7-də Kiprdə baş tutacaq.