Bizi izləyin

Dünya futbolu

Şeydayev AÇ-2020-dəki uğursuzluğun səbəbini açıqladı

Moskva “Dinamo”sunun və millimizin forvardı Ramil Şeyda…

blank

Moskva “Dinamo”sunun və millimizin forvardı Ramil Şeydayev UEFA tərəfindən AÇ-2020-nin seçmə mərhələsinin yekunlarına görə Azərbaycan yığmasının ən yaxşı oyunçusu seçilib.

Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) reytinqinə əsasən, Şeydayev yığmanın digər iki oyunçusunu – qapıçı Emil Balayev və müdafiəçi Bəhlul Mustafazadəni qabaqlayıb. Millinin özü isə AÇ-2020-nin seçməsində uğursuz çıxış edib və bir xalla E qrupunda sonuncu yeri tutub.

Futbolinfo.az xəbər verir ki, "Sputnik Azərbaycan"a müsahibəsində Ramil Şeydayev AÇ-2020 ilə bağlı gözləntilərini bölüşüb və Azərbaycan yığmasının seçmə mərhələsindəki oyununu şərh edib.

– Siz qarşıdakı AÇ-2020-dən nə gözləyirsiniz?
– Etiraf edim ki, mən Azərbaycan yığmasının futbolçusu kimi AÇ-2020-dən artıq xüsusi olaraq nə isə gözləmirəm. Çünki bizim komanda bu turnirdə çıxışını başa vurub. İstərdim ki, bütün matçlar Bakıda rahat keçsin. Bundan əlavə istəyərdim ki, Bakı matçlarını daha çox azarkeş izləsin, görüşlərin özü isə maraqlı mübarizə şəraitində keçsin. Ümumilikdə isə ümid edirəm ki, AÇ-2020 maraqlı olacaq. Çünki bu unikal reqlament əsasında keçirilən xüsusi turnirdir.

– Yeri gəlmişkən, 12 ölkənin təşkilatçı qismində çıxış etdiyi reqlamenti necə qiymətləndirirsiniz?
– Mənim nəzərimcə, burada xüsusi heç nə yoxdur. Çünki AÇ-2020 matçlarının təşkilatçı ölkələri bir-birindən o qədər də uzaqda yerləşmir. Ona görə də milli yığmalar bir şəhərdən digərinə getməkdə heç bir çətinlik çəkməyəcək. Həmçinin matçlar heç də hər iki gündən bir keçirilməyəcək. Odur ki, futbolçular problemsiz bərpa oluna, digər ölkəyə uça və dincələ bilir. İstənilən halda AÇ-2020-nin final mərhələsində oynayan futbolçulardan turnirin bu sistemlə keçirilməsi barədə fikirlərini öyrənmək olar.

– Bakı AÇ-2020 matçlarını keçirməyin öhdəsindən gələcək?
– Bakı heç bir xüsusi problem olmadan AÇ-2020-nin matçlarını keçirəcək. Azərbaycanın paytaxtında hər il böyük idman yarışları keçirilir, eyni zamanda bu il Bakı Olimpiya Stadionunda Avropa Liqasının finalı keçirildi, həmçinin şəhərin küçələrində hər il "Formula-1" yarışları təşkil edilir. Odur ki, bu məsələdə heç bir problemin olmayacağından əminəm.İnanıram ki, indiyədək Bakıda olmayan yığma komandaların buradan xoşu gələcək. Bakı çox gözəl və rahat şəhərdir. Mən hələ indiyə qədər Azərbaycanın paytaxtı haqqında heç kəsdən neqativ bir söz eşitməmişəm. Çoxları Bakıda olmaq, istirahət etmək və vaxt keçirmək istəyir. Hamının AVRO-2020-nin təşkilatçılığından razı qalacağına inanıram.

– 2020-ci ilin iyununda (13, 17 və 21 iyun) Bakıda AVRO-2020-nin matçları keçiriləcək. Həmin vaxt (5-7 iyun) Bakı həm də "Formula-1" yarışlarını qəbul edəcək. Azərbaycan paytaxtında qısa vaxtda belə miqyaslı tədbirləri qəbul etmək sizcə çətin olmayacaq?
– Düşünürəm ki, Azərbaycan belə böyük tədbirləri bir ayın içində keçirməyi öhdəsinə götürübsə, deməli, bunu necə edəcəklərini və necə düzgün təşkil edəcəklərini bilirlər. Əlbəttə, təşkilatçılar bütün zəruri resursları səfərbər etməli olacaqlar. Eyni zamanda, ümid edirəm ki, hər şey yaxşı olacaq. Yenə deyirəm, Bakı ilk dəfə deyil belə irimiqyaslı yarışlara ev sahibliyi edir. Belə tədbirləri keçirmək təcrübəsi bütün planları yerinə yetirməyə imkan verəcək.

– Sizin fikrinizcə, niyə Azərbaycan yığması AÇ-2020-yə vəsiqə qazanmaq uğrunda mübarizə apara bilmədi?
– Hesab edirəm ki, bizdə hər şeydən əvvəl özünəinam yox idi. Yəqin bu, onunla bağlıdır ki, komandada xeyli gənc futbolçu oynayır. Onlar seçmə mərhələdə heç də özlərini pis göstərmədilər. Əlbəttə ki, bu sualı Azərbaycan yığmasının baş məşqçisinə ünvanlamaq daha yaxşı olardı. Seçmə mərhələdə uğursuz çıxışımıza baxmayaraq, biz tez-tez rəqiblərimizə zərbə endirirdik. Az da olsa, Azərbaycan yığmasının oyununda pozitiv məqamlar var idi. Ümid edirəm ki, gələcəkdə digər komandalarla mübarizə aparıb Avropa və ya Dünya çempionatlarının əsas mərhələsinə vəsiqə uğrunda mübarizə aparacağıq.

– AÇ-2020-nin oyunlarının keçirilməsi Azərbaycan futbolunun inkişafına təsir edə bilərmi?
– Sözsüz ki, AÇ-2020-nin keçirilməsi Azərbaycan futbolçularının yalnız xeyrinədir. Avropanın aparıcı komandalarının iştirakı ilə keçiriləcək matçları uşaqlar canlı olaraq görə biləcəklər. Uşaqlar nə qədər Avropanın futbol ulduzlarını öz gözləri ilə görsələr, onların taleyini yaşamağı daha çox istəyəcəklər. Ümid edirəm ki, AÇ-2020 bütün Azərbaycan futboluna əlavə stimul verəcək.

– Bakıda hansı komandaları görmək istəyirsiniz?
– Mənim üçün o qədər də fərqi yoxdur, çünki mən onsuz da AÇ-2020 çərçivəsində Bakıda oynamayacağam (gülür). Futbol həvəskarları üçünsə əlbəttə ki, əgər Avropanın İngiltərə, İspaniya, Fransa, Almaniya və digərləri kimi top komandaları oynasalar, daha yaxşı olar. Adlı-sanlı yığma komandların gəlişi Azərbaycana daha çox xarici turist cəlb edəcək ki, bu da ümumi fayda gətirəcək.

Reklam

Reklam


blank
Dünya futbolu2023-09-01 02:03

Konfrans Liqası: Türkiyə klublarından biri dayandı, ikisi qrupda!

blank
Dünya futbolu2023-09-01 01:06

Avroliqada pley-offa yekun vuruldu

blank
Ölkə futbolu2023-09-01 00:52

Mahirli “Dinamo”nu Avroliqanın qrupuna buraxmadılar

blank
Ölkə futbolu2023-08-31 23:46

“Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim” – Tahir Gözəl

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Ölkə futbolu2023-08-31 22:32

Qurban Qurbanov: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi”

blank
Ölkə futbolu2023-08-31 21:56

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

blank
Dünya futbolu2023-08-31 21:16

Qvardiola və Haland ən yaxşı seçildi

blank
Ölkə futbolu2023-08-31 20:54

ÇL: Qrup mərhələsinin püşkü atıldı

blank
Dünya futbolu2023-08-31 20:29

Sarr Bundesliqaya köçdü – şərtlə

blank
Digər idman növləri2023-08-31 20:00

Bakıdakı dünya çempionatının bağlanış mərasimi keçirilib

blank
Digər idman növləri2023-08-31 19:47

Azərbaycan taekvondoçuları komanda yarışında 3-cü oldular

blank
Ölkə futbolu2023-08-31 19:30

“Neftçi Arena”da renovasiya işlərinə start verildi

blank
Digər idman növləri2023-08-31 19:16

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

blank
Digər idman növləri2023-08-31 19:00

Azərbaycanın 44 şahmatçısı Avropa çempionatında çıxış edəcək

blank
Digər idman növləri2023-08-31 18:46

“Sabah” daha bir amerikalı basketbolçunu transfer etdi

blank
Dünya futbolu2023-08-31 18:30

“Vulverpempton” paraqvaylı futbolçu aldı

blank
Ölkə futbolu2023-08-31 18:15

II Liqada 1-ci turun oyun cədvəli bəlli oldu

blank
Dünya futbolu2023-08-31 18:02

“Erməni diasporu olmasaydı, onu elə klub heyətinə qatmazdı”

blank
Digər idman növləri2023-08-31 18:00

Nicat 38 pillə irəlilədi, Teymur 14-cü sırada!

blank
Dünya futbolu2023-08-31 17:45

Ronaldo zirvədə, Messi izləmədə

blank
Digər idman növləri2023-08-31 17:30

Gələn il yarışacaq maşın təqdim edildi

blank
Ölkə futbolu2023-08-31 17:12

“Rakuv”un futbolçusu: “Kopenhagen” “Qarabağ”dan güclüdür”

blank
Ölkə futbolu2023-08-31 17:01

“Kəpəz”lə oyunumuz mini finala bərabər olacaq”

blank
Müsahibə2023-08-31 16:48

Avram həmyerlilərinə Azərbaycanı nişan verəcək: “Qələbə bizə çox yaxşı impuls verdi”

blank
Dünya futbolu2023-08-31 16:31

Bonuççi “Union Berlin”də

blank
Ölkə futbolu2023-08-31 16:20

“Olimpiya”nın baş məşqçisi: “Avropa Liqasının qrupu üçün buradayıq”

blank
Digər idman növləri2023-08-31 16:10

“Sabah”ın avrokubok oyunlarının başlama vaxtı açıqlandı

blank
Premyer-liqa2023-08-31 16:00

Premyer Liqada 5-ci turun oyunlarının hakimləri bilindi

blank
Digər idman növləri2023-08-31 15:47

Bakıda keçirilən DÇ-də son medalçılar mükafatlandırıldı

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

blank
Premyer-liqa2023-08-06 22:30

“Sabah”dan “Qəbələ”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:44

“Kəpəz” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:00

“Neftçi”ni udsaq da, böyük bir iş görməmişik” – VİDEO

blank
Premyer-liqa2023-08-06 19:49

Mutu: “Nə məğlubiyyətə, nə də qələbəyə layiq idik” – VİDEO

blank
Ölkə futbolu2023-08-06 13:00

“Kəpəz” yeni formalarını təqdim etdi – VİDEO

blank
Premyer-liqa2023-08-05 23:57

“Zirə”nin “Qarabağ” üzərində ilk qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-08-05 21:43

“Sumqayıt”dan darmadağın – VİDEO

Facebook

Gündəm