Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.

Futbolinfo.az xəbər verir ki, anadan olmasının 75-ci ildönümündə mərhum futbolçunun məzarı üzərinə AFFA tərəfindən əklil qoyulub.

COVİD-19 pandemiyası ilə əlaqədar mövcud tələb və tövsiyələr nəzərə alınaraq, bu gün hər hansı tədbir keçirilməsə də, müvafiq qaydalar yol verəcəyi təqdirdə, qarşıdakı aylarda Anatoli Banişevskinin 75 illik yubiley tədbirlərinin təşkil olunması nəzərdə tutulub.

Shares: