Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova ilə səfər maçtının hakimləri açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun əsas hakimi polşalı Damian Qrabovski olacaq.

İkinci hakim funksiyasını isə onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək.

Qeyd edək ki, martın 9-da Moldovanın paytaxtı Kişinyovdakı “Futzal Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçirləcək. Matçın start fiti saat 19:00-da səslənəcək.

Azərbaycan millisi iki oyuna topladığı 6 xalla 3-cü qrupun lideridir. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncüdür. İlk iki oyunundan məğlub ayrılan Yunanıstan isə sonuncudur.

Shares: