Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar Peşəkar Futbol Liqası (PFL) yeni qərar qəbul edib.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan Birinci Divizionunun bu gün keçirilməli olan 14-cü turun “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb.
Görüşlərin vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat veriləcək.
Əvəzində “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi, saat 14:00-da başlanacaq. Halbuki ötən tur Tovuzda “Sumqayıt-2” ilə görüş güclü qar üzündən 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Ertəsi gün də davam etdirmək mümkün olmadığından, matç “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması ilə birgə qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, 14-cü tura fevralın 23-də “Zaqatala” – “Qarabağ-2” görüşü ilə start verilib. Meydan sahibləri bu oyundan 1:0 hesabıyla qalib ayrılıblar.