“Qarabağ” yarımmüdafiəçisi Toral Bayramov ilə müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir.
Toral Bayramov ötən mövsüm bu komandada keçirdiyi 26 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.