Hollandiya millisinin iki as futbolçusu zədələnib. Futbolinfo.az xəbər verir ki, Robin van Persi və Uesli Sneyder xəsarət alıblar.
 
Robin zədə səbəbindən komandasının ümumi məşqini yarımçıq tərk edib. Van Persinin durumunun ciddi olub-olmadığı isə hələlik məlum deyil.
 
Sneyder də zədəsi səbəbindən komandasının ümumi məşqində iştirak edə bilməyib. Ayağında ağrı hiss edən təcrübəli yarımmüdafiəçi fərdi qaydada çalışıb.
 
Sneyderin zədələnməsi yığmanın baş məşqçisi Lui van Qalı narahat edib. O, komandanın həkimlərinə Kosta-Rika ilə matça qədər Sneyderin zədəsini tam sağaltmağı tapşırıb.
Shares: