Ötən gecə UEFA Avropa Liqasında birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirildi. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" və "İnter" də ilk oyunlarına çıxdılar.
 
"Qəbələ" Bosniya və Herseqovina "Şiroki Briyeq"inə doğma meydanda məğlub oldu – 0:2. Əvəzində səfərdə oynamasına baxmayaraq, "İnter" Moldova "Tiraspol"una qalib gəlməklə bizləri sevindirdi.

Komandalarımızın ilk oyunlarının statistikası ilə sizi də tanış edirik:

 
Tiraspol – İnter
Qol: 2-3
Sarı vərəqə: 2-4
Qapıya zərbə (çərçivəyə): 16 (7) – 9 (6)
Ofsayd: 1-3
Qayda pozuntusu: 15-11
Künc zərbəsi: 6-0
 
Qəbələ – Şiroki Briyeq
Qol: 0-2
Sarı vərəqə: 1-1
Qapıya zərbə (çərçivəyə): 6 (0) – 10 (4)
Ofsayd: 6-1
Qayda pozuntusu: 15-16
Künc zərbəsi: 3-2
Shares: