Cənubi Koreya Futbol Federasiyası millinin baş məşqçisi Honq Myun Bonun istefa ərizəsini qəbul etməyib. Futbolinfo.az xəbər verir ki, qurumun vitse-prezidenti Huhu Jungmmo jurnalistlərə açıqlamasında hazırkı çalışdırıcı ilə əməkdaşlığa davam edəcəklərini deyib:
 
"Honq Myun Bonun komanda ilə uğurlar əldə edəcəklərinə inanırıq".
 
Qeyd edək ki, DÇ-2014-də H qrupunda mübarizə aparan Cənubi Koreya millisi qrupu sonuncu pillədə tamamlayıb.
Shares: