"Bütövlükdə bərabər səviyyəli oyun keçdi, ancaq rəqib səhvlərimizdən məharətlə istifadə etdi”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Tiraspol”un baş məşqçisi Vlad Qoyan Bakı “İnter”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
Moldova klubunun çalışdırıcısı UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk matçındakı 2:3 hesablı məğlubiyyəti belə şərh edib: “Biz qol imkanlarından lazımınca istifadə edə bilmədik və nəticədə qapımızda 3 qol gördük. Rəqibi qələbəyə görə təbrik edirəm. Onlar yaxşı oynayıb, 3 qol vurdular. Təbii ki, qol imkanlarından məharətlə istifadə edən sonda qalib gələr”.
 
Təcrübəli mütəxəssis cavab görüşündə “İnter”in daha şanslı olduğunu vurğulayıb: “Deməzdim ki, oyunumuz alınmadı. Düzdü, 2:3 hesabı ilə uduzduq, amma qol imkanlarımız da oldu. Biz hesabı aça bilmədik və qapımıza penalti təyin olundu. Müdafiədə səhvlərimiz oldu, amma, hesab edirəm ki, ilk qolu biz vursaydıq, vəziyyət başqa cür ola bilərdi. Amma sizin “oyununuz alınmadı” sözünüzlə razı deyiləm. Oyunda bəzən üstün tərəf biz olduq. Biz toparlanmaq istəyərkən, rəqib ikinci topu qapımızdan keçirdi. Təbii ki, bu da onlar üçün üstünlük oldu. Aydındı ki, cavab matçında rəqibin şansı daha çoxdu. Amma biz də var gücümüzlə çalışıb, qol vurmalıyıq”.
Shares: