Daha bir Azərbaycanlı yeniyetmə futbolçu futbolun sirrlərini Türkiyədə öyrənəcək.

Futbolinfo.az xəbər verir ki, Hüseynli Əli Əliyar oğlu qardaş ölkədə “futbolçu fabriki” hesab olunan “Altınordu” klubunun akademiyasına yollanıb. Onunla sırağagün rəsmi müqavilə imzalanıb.

Əli Hüseynli indiyədək “Sabah” futbol klubunun akademiyasında çıxış edirdi. 2014-cü il təvəllüdlü futbolçu məşqçi Məhərrəm Müslümzadənin yetirməsidir.

Qeyd edək ki, “Altınordu” klubu 1923-cü ildə yaradılıb. İzmir təmsilçisi hazırda 1-ci liqada çıxış edir. “Altınordu”nun akademiyası Türkiyənin ən məşhur futbol akademiyalarından biri hesab olunur. Çağlar Söyüncü (Lester), Cengiz Ünder (Marsel), Barış Alıcı (Fənərbağça), Berke Özer (Fənərbağça), Alican Özfesli (Başakşəhər), Erce Kardeşler (Trabzonspor) kimi futbolçular “Altınordu”nun yetirmələridir. (Fanat.az)

Shares: