Topaz Premyer Liqasında 2014/15 mövsümünə Türkiyədə hazırlaşan AZAL bu gün Bolu toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun komandası yerli "Antalyaspor"la üz-üzə gəlib.

Qarşılaşmada hesabı 20-ci dəqiqədə "təyyarəçilər" açıblar. Amma fasilədən az sonra – 54-cü dəqiqədə türklər hesaba tarazlıq gətirə biliblər. Buna baxmayaraq, komandamız 86-cı dəqiqədə qələbə qolunu vura bilib və görüşün yekun nəticəsini müəyyənləşdirib – 2:1.

 
Xatırladaq ki, AZAL Boludakı ilk sınaq matçında İranın U-21 yığması ilə sülh bağlamış (2:2), ardından Türkiyənin "Mersin İdmanyurdu" klubuna 2:1 hesabıyla qalib gəlmişdi. "Balıkəsirspor"la son oyunda isə "təyyarəçilər" 1:2 hesabıyla məğlub olmuşdular.
 
Yoxlama oyunu
25 iyul
 
AZAL – Antalyaspor – 2:1 (1:0)
Shares: