“Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman Kataloniya təmsilçisindən ayrıldığını təyyarədə öyrənib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “sport.es” saytı məlumat yayıb.
Xəbərdə, Kumanın La Liqanın 10-cu turunda “Rayo Valyekano”ya məğlubiyyətdən (0:1) sonra vəzifəsindən göndərilməsiylə bağlı məlumatı təyyarədə aldığı bildirilib.
Kuman rəhbərliyin belə addımına görə məyus olub. O, Kataloniya klubuna belə vida etməyi düşünməyib. Kuman klubun işçiləri və futbolçuların bəziləriylə vidalaşa bilməyib.