Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Proyssen Münster”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Şalke II” bu nəticədən sonra 13 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Shares: