“Zenit”in futbolçusu Artyom Dzyuba Rusiya çempionatları tarixinin ən yaxşı bombardirinə çevrilib.

Futbolinfo.az xəbər verir, 33 yaşlı hücumçu Premyer Liqanın 13-cü turunun “Dinamo” (Moskva) ilə matçında fərqlənərək, çempionatdakı 144-cü qolunu vurub.

Daha əvvəl rekord 143 dəfə fərqlənmiş keçmiş hücumçu Oleq Veretennikova məxsus idi.

“Zenit” “Dinamo”nu 4:1 hesabıyla məğlub edib.

Shares: