“Barselona”nın prezidenti Xuan Laporta komandanın “sükan”ının Xaviyə tapşırılacağı iddialarına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan klub prezidenti, Xavinin bir gün “Barselona”nı çalışdıracağını deyib:
“Xavi? Namizədlərimin adlarını açıqlamayacam. Bu, peşəkar davranış olmaz. Xavi özünü inkişaf etdirir. Onunla bağlı fikirlərim müsbətdir. Tez-tez danışırıq. Komandayla bağlı onun fikirlərini də öyrənirəm.
Hər zaman demişəm, Xavi bir gün “Barselona”nın baş məşqçisi olacaq. O, futbolu çox sevir və bu kluba aiddir. Xavinin hədəfi “Barselona”ya qayıtmaqdır”.