Milli komandamızın baş məşqçisi Canni de Byazinin taleyi bəllidi. AFFA-nın uğursuz nəticələrə görə müqavilə müddətini uzatmayacağı dəqiq olan italiyalıya əvəzedici axtarışı başlayıb. Türkiyədə məşqçi axtarışında olan AFFA rəsmilərinin Ərtuğrul Sağlamla danışıq apardığı deyilir.
Bu gün “Bursaspor”la Türkiyə çempionu olmuş Sağlamla əlaqə saxladı. Təcrübəli çalışdırıcı futbolinfo.az-a qısa açıqlama verməyi lazım bildi: “İndi rəsmi bir şey yoxdu, daha öncə Azərbaycan millisi üçün AFFA ilə danışıqlarımız olmuşdu. Amma Azərbaycan bizim ölkəmizdir və təklif olarsa, sevə-sevə qəbul edərəm”.