“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona” klubu haqda açıqlama verib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, Kataloniya təmsilçisində istefaya göndərilən baş məşqçi Ronald Kumanla bağlı bunları deyib:
“Ronald və mən məşqçilik karyeramızın oyunların nəticələrindən asılı olduğunu bilirik. Yaxşı nəticə olmazsa, heç kim işinə davam edə bilməz. Nə mən, nə də Kuman. Kumana bundan sonrakı karyerasında uğurlar arzu edirəm”.
Qvardiola, hazırda Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavinin “Barselona”ya baş məşqçi təyin oluna biləcəyini də qeyd edib:
“Barselona” üçün ən düzgün namizəd Xavidir. Buna inanıram. Nələr olacağını bilmirəm. Amma Xavi gəlsə, bu işi sevə-sevə görəcək. Onun yaxşı futbol zəkası var. Mən “Barselona”ya gələndə heç Xavi qədər təcrübəm yox idi”.