İtaliyanın “Parma” komandasının qapıçısı Canluici Buffon koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni ildə məşqlər bərpa olunduqdan sonra 43 yaşlı qolkiperdən götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Oyunçu təcrid olunub.

İtaliya yığmasının keçmiş qapıçısı bu mövsüm B Seriyasında 18 oyuna çıxıb.

Shares: