İspaniya La Liqasında növbəti – 27-ci turun oyunlarından əvvəl komandalar meydana “Müharibəyə yox” pankartları ilə çıxacaqlar.
Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb. Bu addımla İspaniya klubları dünyaya sülh mesajı vermək istəyirlər.
“Müharibəyə yox” mesajı yayım zamanı stadionların ekranlarında və reklam lövhələrində nümayiş etdiriləcək. Bu mesaj La Liqanın sosial şəbəkə hesablarında da paylaşılacaq.
Rusiya ordusu bir neçə gün əvvəl Ukraynanı işğal məqsədi ilə hücuma keçib. Bu hadisə dünyada böyük narazılığa səbəb olub.