Topaz Premyer Liqasının 4-cü turunun “İnter”lə oyunu “Xəzər Lənkəran” üçün maraqlı faktla əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, stadionun tribunalarına toplaşan tamaşaçılar ölkə çempionatlarında “ağ-yaşıllar”ın oyunlarını izləyən ümumi tamaşaçı sayında 1 milyonu keçməsi üçün kifayət edib.
 
Yarışda debüt etdiyi 2004-cü ildən indiyədək 152 ev matçına çıxan komandanın bu matçlarını  oyun protokollarına əsasən 1 milyon 4 min 677 tərəfdardar izləyib. Baş tutan 152 qarşılaşmadan ikisi boş tribunalar önündə keçirilib. Bu göstəricidə bütün rəqiblərini üstələyən “Xəzər Lənkəran” orta hesabla hər çempionat matçında 6610 azarkeş toplaya bilib.
 
Qeyd edək ki, 2010/11 mövsümün Lənkəran klubunun tarixində tamaşaçı sayında rekordla düşüb. 2005/06 mövsümündə ən aşağı göstəricinin qeydə alınması isə matçların daha az tamaşaçı tutumuna malik Olimpiya kompleksinin stadionunda baş tutması ilə bağlıdı.
 
Mövsüm
Turnir
Oyun
Tamaşaçılar
Orta tamaşaçı sayı
2004/05
Çempionat
17
91600
5388
2005/06
Çempionat
13
31717
2440
2006/07
Çempionat
12
87720
7310
2007/08
Çempionat
13
76500
5885
2008/09
Çempionat
13
104800
8062
2009/10
Çempionat
16
138440
8653
2010/11
Çempionat
16
158500
9906
2011/12
Çempionat**
16
123000
7688
2012/13
Çempionat
16
86400
5400
2013/14
Çempionat
18
89500
4972
2014/15
Çempionat
2
16500
8250
Turnirlər
Çempionat**
152
1004677
6610
 
 “*” işarəsi tamaşaçısız keçirilən oyunların sayını göstərir. (klub saytı)
Shares: