“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Araz Abdullayevi cərimələyib. Yarımmüdafiəçinin maaşından 2000 manat tutulacaq.
Futbolinfo.az xəbər verir ki, buna səbəb futbolçunun iclasa gecikməsidi. Təyin olunan vaxt özünü tədbirə çatdırmayan Araz pul cəriməsini ödəməyə məcburdu.
Bu, Abdullayevin ilk belə cəzası deyil. Oynadığı bütün komandalarda eyni məsuliyyətsizliyi etdiyi üçün problem yaşayan futbolçu, millidə buna görə hətta heyətdən kənarlaşdırılmışdı. O zaman yığmanın baş məşqçisi olan Qurban Qurbanov Arazla yanaşı Elvin Yunuszadəni də millinin heyətindən çıxarmışdı.
Ən kuryoz hadisə isə İngiltərədə yaşanmışdı. O zaman “Everton” transfer edilən futbolçu Premyer Liqa klubundakı ilk məşqinə gecikmiş, bu hadisəylə də gözdən düşmüşdü.