Keçmiş SSRİ ölkələrinin ən dəyərli futbol klublarının adları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, siyahıda hər ölkədən bir ən bahalı komanda yer alıb.
Futbolçularının transfer qiymətinə görə Azərbaycanın ən bahalı klubu olan “Qarabağ” postsovet məkanında 6-cıdır. “Köhlən atlar”ın ümumi qiyməti 14 milyon 430 min avroya bərabərdir.
Siyahıya Ukrayna “Şaxtyor”u başçılıq edir. Donetsk klubunun ümumi dəyəri 194 milyon avrodan çoxdur.
- Şaxtyor (Donetsk, Ukrayna) – 194,10 milyon avro
- Zenit (Rusiya) – 164,55 milyon
- Dinamo (Batumi, Gürcüstan) – 24,23 milyon
- Şerif (Moldova) – 19,08 milyon
- Astana (Qazaxıstan) – 15,05 milyon
- Qarabağ (Azərbaycan) – 14,43 milyon
- Şaxtyor (Soliqorsk, Belarus) – 13,78 milyon
- Riqa (Latviya) – 9,50 milyon
- Paxtakor (Özbəkistan) – 9,83 milyon
- Jalgiris (Litva) – 6,93 milyon
- Pünik (Ermənistan) – 6,16 milyon
- Levadia (Estoniya) – 5,26 milyon
- Neftçi (Qırğızıstan) – 2,54 milyon
- Axal (Türkmənistan) – 1,35 milyon