AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək RFS (Latviya) – “Fiorentina” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Sözügedən matç noyabrın 3-də Latviyada təşkil olunacaq.