AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan növbəti təyinat alıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada “Latsio” və Danimarkanın “Midtyulland” komandaları arasında keçiriləcək oyunda hakim-inspektor olacaq.
Qarşılaşma oktyabrın 27-də baş tutacaq.