Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransada keçiriləcək “Nant” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Yakob Kehletə Lars Hummelqard və Viktor Skite laynsmanlar qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Yorgen Burxard yerinə yetirəcək. VAR hakimi niderlandlı Yeroen Manskot, onun köməkçisi Rob Diperinkdir. Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.
Oktyabrın 27-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. “Qarabağ” bu rəqibinə doğma meydanda 3:0 hesabıyla qalib gəlib.