Azərbaycanın FİFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçirilən matçda ədaləti qoruyub.

Ağayev 1:1 hesblı heç-heçə ilə başa çatan görüşdə 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.

Qollara gəlincə, hesabı 23-cü dəqiqədə Dortmund təmsilçisindən Torqan Azar açıb. Haukon-Arnar Haraldsson isə 41-ci dəqiqədə tarazlığı bərpa edib.

Bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Shares: