UEFA Çempionlar Liqasında qrup mərhələsinin 6-cı tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu ada İtaliyanın “Milan” klubundan Olivye Jiru, İspaniya “Real”ından Federiko Valverde, Almaniya “Leypsiq”indən Kristofer Nkunku və İspaniya “Barselona”sından Ferran Torres namizəddir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.