Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, mübarizəyə 1-ci raunddan başlayan Çingiz Əzimovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığmasının qonağı olub.

Paredes şəhərinin “Multiusos de Paredes” arenasında oynanılan görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.

Shares: